“Qalatasaray” Kamran Ağayevi məyus edən hücumçunu istəyir
06.04.2012 - 15:41
“Qalatasaray” Kamran Ağayevi məyus edən hücumçunu istəyir
“Qalatasaray” Türkiyə milli komandasının əsas hücumçusu Burak Yılmazı transfer etmək istəyir. Apasport.az saytının məlumatına görə, “Cim Bom” “Trabzonspor”un heyətində cari mövsümdə vurduğu 32 qolla klubun tarixində yeni rekordçu olan Yılmazı transfer siyahısına daxil edib. Artıq hərəkətə keçən klub rəhbərliyi transfer üçün 5 milyon təzminat verməklə, 15 milyon avro xərcləməyə hazırdır.

Burakı “Qalatasaray”ın prezidenti Ünal Aysalla baş məşqçi Fatih Terim komandada görməyi çox istəyərək, mövsüm bitəndən sonra ilk olaraq “Trabzonspor”un “qapısını döyəcək”. 27 yaşlı hücumçu 5 milyon kompensasiyanın qarşılığında sərbəst qalacaq ki, bu məbləğlə razılaşan mövsüm bitər-bitməz danışıqlar masası arxasına əyləşəcək.

Mövsümlərarası fasilədə “Trabzonspor”dan “Qalatasaray”a keçən yarımmüdafiəçi Səlcuk İnan Yılmazın transferini çox istəyərək, onu razı salmaqda vasitəçi kimi çıxış edir. İstanbulluların bu transferdə ən ciddi rəqibi hücumçuya illik 2,5 milyon avro verərək, onun “Trabzonspor”la müqaviləsində 5 milyon avro qarşılığında sərbəst qalacağı ilə bağlı maddədən istifadə etməyə hazırlaşan “Sevilya”dır.

Qeyd edək ki, Yılmaz Türkiyə yığmasının ötən seçmə mərhələdə milli komandamıza İstanbulda 1:0 hesabı ilə qalib gəldiyi rəsmi oyunda qələbə topunun müəllifi olub. O, məhz Səlcukun məhsuldar ötürməsindən sonra qapıçımız Kamran Ağayevi məyus edib.