Yığmamız Macarıstan çempionundan üstün oldu
06.04.2012 - 15:52
Macarıstanda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçu qızlardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız “Viktoria SC Szombathely” klubu ilə qarşılaşıb.
Oyunda Sissi Raytın yetirmələri 3:0 hesabı ilə qalib gəliblər. Millimizin heyətində qolları Nərgiz Ömərova, Melis Sarıaltın və Leyla Solmaz vurublar.
Qeyd edək ki, “Viktoria SC Szombathely” komandası Macarıstanın U-17 qızlar liqasının hazırkı çempionudur.
Mənbə: affa.az

0
0