Millimizin sabiq futbolçusuna “Anji”də vəzifə verildi - FOTO
06.04.2012 - 16:48
Azərbaycan milli komandasının sabiq futbolçusu Narvik Sirxayev uzun fasilədən sonra “Anji”yə qayıdıb. Apasport.az saytının məlumatına görə, 38 yaşlı keçmiş yarımmüdafiəçi futbolçu karyerasının ən yaxşı illərini keçirdiyi Mahaçqala təmsilçisinin rəhbərliyində yer alıb. Narvik bu gün klubun Mahaçqalakı ofisinin rəhbəri və baş direktorun müavini təyin olunub.
“Anji”nin baş direktoru Ayvaz Qazıəhmədov müavini haqda xoş sözlər deyib: “Narvikin xüsusi təqdimata ehtiyacı yoxdur. Biz hələ də onun komandamızın heyətində meydanda necə mübarizə apardığını yaxşı xatırlayırıq. Şadıq ki, Sirxayev dəvətimizi qəbul etdi və indi bizə işimizdə kömək edəcək. Onun əsas iş istiqaməti “Anji”nin Dağıstandakı reallaşdırdığı proqramlar olacaq. Biz əminik ki, Narvik bu vacib istiqamətdə işinin öhdəsindən gələcək”.
Qeyd edək ki, “Anji”nin heyətində keçirdiyi 2000-dən artıq oyunda 58 qol vuran Narvik futbolçu karyerasını bitirəndən sonra II divizionda oynayan “Lokomotiv-2”nin baş məşqçisi işləyib.

0
0