Yunis Hüseynov: Bizi revanş maraqlandırmır
06.04.2012 - 23:02
“Qəbələ” güclü rəqibdir, çətin oyun olacaq”. Bu sözləri apasport.az saytına “Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.
Artıq Qəbələdə olan Lənkəran təmsilçisi oyuna hazırlığını matçın keçiriləcəyi stadiondakı məşqi ilə yekunlaşdırıb. “İnter”lə dueldə “Xəzər Lənkəran”ın “sükanı arxası”nda ilk qələbəsini bayram edən mütəxəssis uğurlu nəticənin davamını gətirmək niyyətindədir.
Üstəlik, liderlər qrupundan uzaqlaşmamaq üçün “ağ-yaşıllar”a 3 xal lazımdır.
Rəqib haqda danışan Hüseynov “Qəbələ”nin gücünü etitaf edib: “Hansısa xətti xüsusilə fərqləndirmək istəmirəm. Çünki bütün mövqelərdə güclü oyunçuları var. Bu komanda evdə yaxşı çıxış edir. Səfərdə də hücum futbolu oynayır”.
Əsas mərhələ çərçivəsində Qəbələdə baş tutan oyundakı yenilgi haqda düşünmədiklərini deyən Hüseynov qələbədən başqa yollarının olmadığını bildirib: “Biz revanş maraqlandırmır. Bu haqda heç düşünmürük. Ancaq qələbə qazanmağımız lazımdır. Çünki kubokda da mübarizəni dayandırmışıq. Başqa nəticə bizi qane etmir”.

0
0