“Xəzər Lənkəran” 2-ci pilləyə yüksəldi - YENİLƏNİB
07.04.2012 - 16:56
“Xəzər Lənkəran” 2-ci pilləyə yüksəldi - YENİLƏNİB
Bu gün keçirilən 3 oyunla Premyer Liqada “altılığ”ın ilk dövrəsinin son turuna start verilib. Apasport.az saytının məlumatına görə, eyni vaxtda başlayan matçlardan 2-si ilk “altılığ”ın oyunları olduğundan daha böyük maraq kəsb edib.

Belə ki, turnir cədvəlində qonşu olan komandalar görüşüblər. Özü də meydan sahibləri üçün qələbə daha vacib olsa da, onların heç biri bunu reallaşdıra bilməyiblər. “İnter” “Qarabağ”la oyunda məğlubiyyətdən son anda yaxa qurtarıb. Bu isə “Xəzər Lənkəran”ın işinə yarayıb. Onlar səfərdə “Qəbələ”yə qalib gəlməklə, 2-ci pilləyə yüksəliblər.

İkinci “altılığ”ın bu gün üçün yeganə matçı isə Qərb derbisi kimi tanınan “Turan” – “Kəpəz” dueli olub. Tovuzda keçirilən qarşılaşmada ev sahiblərinin ilk hissədə vurduqları 2 qol cütün taleyini həll edib.

7 aprel
XXVII tur


“İnter” – “Qarabağ” - 1:1
QOLLAR: Baçana Sxadadze, 90 - Maksim Medvedev, 75
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Vüsal Əliyev
Bakı. “Şəfa” stadionu
Təsnifat mərhələsindəki oyunlar – 0:1, 0:0

“İnter”: 1. Georgi Lomaya, 8. Nizami Hacıyev, 11. Asif Məmmədov, 14. Peter Zlatinov, 15. Vladimir Levin (k), 18. Ilia Kandalaki, 20. Girts Karlsons, 21. Arif Daşdəmirov, 22. Peter Chrappan, 25. İbrahima Niasse, 30. Danildo Assioli.
Ehtiyat oyunçular: 90. Səlahət Ağayev, 6. Samir Zərgərov, 2. Xəyal Mustafayev, 10. Asif Mirili, 13. Bronislav Çervenka, 16. Elnur Abdulov, 28. Baçana Sxadadze.
Baş məşqçi: Kaxaber Sxadadze.
“Qarabağ”: 99. Boyan Pavloviç, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 14. Rəşad Sadıqov, 18. İlqar Qurbanov, 19. Muarem Muarem, 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov, 77. Georgi Adamiya.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 4. Zaur Həşimov, 11. Rauf Əliyev, 17. Vüqar Nadirov, 20. Nderim Nedzipi, 22. Əfran İsmayılov.
Baş məşqçi: Qurban Qurbanov.

“Qəbələ” – “Xəzər Lənkəran” - 0:1
QOL: Branimir Subaşiç, 2
Hakimlər: Anar Salmanov, Zeynal Zeynalov, Mübariz Haşımov, Feyzulla Feyzullayev
Qəbələ. Şəhər stadionu
Təsnifat mərhələsindəki oyunlar – 1:2, 2:1

“Qəbələ”: 30. Qrem Smit, 4. Mahir Şükürov (k), 8. Bruno da Silva, 9. Viktor Mendi (17. Arif İsayev, dəq.83), 10. Deon Burton (22. Murad Hüseynov, dəq.69), 11. Yannik Kamanan, 18. Aleksandr Çertoqanov, 20. Stiv Olfers, 33. Saşa Yunisoğlu, 34. Ürfan Abbasov, (15. Nodar Məmmədov, dəq.88), 77. Luiz Paulo Hillario
Ehtiyat oyunçular: 12. Pavel Doroşev, 3. Vurğun Hüseynov, 6. Lyuba Baranin, 21. Elmar Baxşıyev
Baş məşqçi: Fatih Kavlak
“Xəzər Lənkəran”: 1. Kamran Ağayev, 3. Elvin Beqiri, 6. Roberto Alviz, 7. Katalin Doman, (22. Antonio Semedo, dəq.67), 8. Eder Bonfim, 9. Branimir Subaşiç, (81. Rikardo Qomeş, dəq.90+3), 11. Andrei Mureşan, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 21. Radomir Todorov, 30. Rendal Brenes (10. Elnur Abdullayev, dəq.77)
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 17. Zahid Quliyev, 18. Alim Qurbanov, 23. Şəhriyar Xəlilov
Baş məşqçi: Yunis Hüseynov

“Turan” – “Kəpəz” - 2:0
QOLLAR: Azər Məmmədov, 3; Aleksandr Qoqoberaşvili, 25 (p)
Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Yaşar Abbasov, Fərid Məmmədov
Tovuz. Şəhər stadionu
Tovuzdakı oyunların balansı – 3:1, 1:1

“Turan”: 1. Anar Nəzirov, 3. Aftandil Hacıyev (k), 5. Ayxan Abbasov, 9. Xəyal Qarayev, 11. Georgi Beriaşvili, 14. Aleksandr Qoqoberaşvili, 18. Hafiz Əliyev, 20. Azər Məmmədov, 21. Rəşad Orucov, 24. Dan Pisla, 32. Cavid Tağıyev.
Ehtiyat oyunçular: 12. Natiq Səhrətov, 4. Seymur Tağıyev, 7. Fərmayıl Əliyev, 8. Asəf Qədiri, 10. Nadir Nəbiyev, 22. Cavad Mirzəyev, 23. Qüvvət Əmrahov.
Baş məşqçi: Əsgər Abdullayev
“Kəpəz”: 88. Elşən Poladov, 2. Nail Məmmədov, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 5. Əli İsmayılov, 27. Pərvin Paşayev, 18. Nikolay Svejentsev, 8. Armand Feutchine, 25. İon Arabadji, 14. Dmitri Parxaçov, 30. Yuri Fomenko.
Ehtiyat oyunçular: 1. Xəyal Zeynalov, 23. Junivan Suares, 9. Ceyhun Əhmədov, 19. Zaur Əsədov, 6. Vasif Əliyev, 7. Georgi Sepiaşvili.
Baş məşqçi: Fuad İsmayılov


 

komandalar

o

q

h

m

t

x

1

Neftçi

26

17

3

6

49-23

54

2

Xəzər L

27

15

6

6

37-22

51

3

Qarabağ

27

14

8

5

32-17

50

4

İnter

27

14

7

6

25-17

49

5

Qəbələ

27

12

7

9

35-29

42

6

Bakı

26

12

5

9

31-26

41

 

7

AZAL

26

10

5

11

39-41

35

8

Rəvan

26

8

7

11

27-32

31

9

Kəpəz

27

8

5

14

32-44

29

10

Simurq

26

6

6

14

23-39

24

11

Turan

27

6

4

17

22-36

22

12

Sumqayıt

26

4

4

18

19-45

16



Bombardir: Bahodir Nasimov (Neftçi) – 14 qol.