Tayfur Havutçunun ilk transferi
07.04.2012 - 13:26
“Beşiktaş” yeni mövsüm üçün transferlərə start verib. Apasport.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “qara-qartallar” “Gənclərbirliyi”ndə çıxış edən Yasin Öztekinlə anlaşıblar.
Almaniyada anadan olan 24 yaşlı futbolçu üçün “Beşiktaş” transfer haqqı ödəməyəcək. Çünki Öztekinin hazırkı komandası ilə müqaviləsi mayın 31-də başa çatacaq.
Qeyd edək ki, yeni baş məşqçi Tayfur Havutçu Yasinlə uzunmüddətli müqavilə bağlanmasını istəyir.

0
0