“Azərbaycana qarşı ən yaxşı oyunumuzu göstərəcəyik” - MÜSAHİBƏ
07.04.2012 - 14:52
“Azərbaycana qarşı ən yaxşı oyunumuzu göstərəcəyik” - MÜSAHİBƏ
Futzal üzrə Rusiya milli komandasının baş məşqçisi Sergey Skoroviç yerli mətbuata dünya çempionatının pley-off mərhələsində Azərbaycanla cavab oyunu barədə fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Bakıda qazandıqları qələbəni (3:2) aprelin 9-da Tümendə keçiriləcək görüşdə də təkrarlayacaqlarını bildirib.


- Azərbaycanla növbəti matçda azarkeşlər Rusiya yığmasından nə gözləsinlər?
- Çalışacağıq ki, ən yaxşı – məhsuldar və qalib gəlməyə imkan verən oyunumuzu göstərək. Əlbəttə ki, hücum edəcəyik. Meydançaya çıxacaq futbolçular rəqibi üstələmək üçün var gücünü sərf edəcəklər. Biz Azərbaycan yığmasının gücünü başa düşürük. Ümid edirəm ki, ilk matçdan düzgün nəticə çıxaracağıq. Müdafiədə də etibarlı oynamağa çalışacağıq.

- Bəs heyətdə Sirilonu kim əvəz edəcək?
- O, ilk oyunda da yox idi. Əvəzində bizdə Pula və Dmitri Prudnikov var.

- Siz Bakıdakı oyunda qol və məhsuldar ötürmə verən Tümen klubunun triosunu necə qiymətləndirirsiz?
- Mən komandanı moskvalılara və tümenlilərə bölmürəm. Bu, klubundan asılı olmayaraq mübarizə aparan yığmadır, həmfikirlər kollektividir. Bəli, tümenlilər parlaq oyun nümayiş etdirdilər, əbəs yerə komandada yer almadıqlarını göstərdilər.

- Azərbaycanla oyunöncəsi toplanışı niyə Tümendə keçirməyə qərar verdiz?
- Çünki oyun məhz burada keçiriləcək. Başqa yerdə hazırlaşmağın mənası yoxdur.

- Aprelin 5-də ad gününüz idi. Belə çıxır ki, siz onu ailənizdən uzaqda qeyd etdiniz...
- İdmanda belədir. Biz daim səfərlərdə oluruq: ya bazalarda, ya da təyyarələrdə, yaxud da mehmanxanalarda.

- Yəqin ki, ad gününüzdə Azərbaycanla cavab oyunu barədə də sizə nəsə arzulayıblar...
- Arzu həmişə eynidir. O, bundan ibarətdir ki, bizim yığmamız hər matçda və hər turnirdə qalib gəlsin.