“İstəsəniz, mənimlə restorana gedə bilərsiniz”
07.04.2012 - 23:00
Premyer Liqanın 27-ci turunda öz meydanında “Xəzər Lənkəran”a uduzan (0:1) “Qəbələ” klubunun futbolçusu Yannik Kamanan oyundan sonra mətbuat konfransı keçirdi. Apasport.az saytının xəbərinə görə, mart ayının ən yaxşısı seçilən fransız hücumçu həm oyun, həm də aldığı mükafatla bağlı fikirlərini açıqlayıb.
- Çox xoşbəxtəm. Bu, tək mənim zəfərim deyil. Burada komanda yoldaşlarımın da zəhməti olub. Bu uğuru onlarla bölüşürəm.
- Mart ayında 6 qol vurdunuz və əksəriyyətində komandanız qələbə qazandı. Amma apreldə yalnız “Bakı”ya qol vursanız da, qələbə qazana bilmədiniz. Bu nə ilə bağlıdır?
- Mən qol vurdum deyə, komandamız udmur. Bunun fərqi yoxdur. Komandada 11 futbolçu var. Qələbə komanda şəklində qazanılır.
- Azərbaycanda ayın ən yaxşı futbolçusu nominasiyasının keçirilməsindən xəbəriniz vardımı?
- Səmimi deyirəm, belə bir nominasiyanın olduğunu bilmirdim. Əsas olan komandamın uğurudur. Bunun üçün çalışıram.
- Siz kimi ayın ən yaxşı futbolçusu seçərdiniz?
- Seçim edə bilmirəm. Çünki çempionatdakı bütün futbolçuları tanımıram.
- Komandanızın Avropa Liqasına vəsiqə qazanacağınıza inanırsınızmı? Şansları necə dəyərləndirirsiniz?
- Bugünkü məğlubiyyətlə işimizi çətinləşdirdik. Amma ümidimizi itirməmişik. Qarşıda 5 oyun var. Yaxşı komandamız var. “Real”la “Barselona” arasında 10 xallıq fərq var idi. İndi bu əriyib. Niyə burda da olmasın?
- Hansı komandanın müdafiə xəttini yarmaq sizin üçün çətindir?
- “Qarabağ”ın. Ancaq bu, onların güclü olması demək deyil. Mən ən yaxşı komandadayam.
- Hakimlərə sərt etirazınızı bildirirdiniz. Bilmək olarmı nəyə etiraz edirdiniz və Türkiyədəki hakimlərlə bizim referiləri müqayisə edərdiniz...
- Düzdür, sərt büruzə verirəm. Amma əslində, belə olmamalıdır. Nümunəvi olmalıyıq. Çünki uşaqlar da bizi izləyir. Onlara nümunə olmalıyıq. Hakimliyin müqayisəsinə gəldikdə, idarəçilik səviyyəsini bəyənmirəm. Türkiyədə də burdan fərqli deyil.
- Bayaq bəzi tədbirlərin keçirilməsindən xəbərsiz olduğunu dediniz. Deyə bilərsinizmi, mayda Azərbaycanda hansı beynəlxalq tədbir keçiriləcək?
- Bəli, “Avrovizion” mahnı müsabiqəsi.
- Hava isti olsa da, meydana əlcək və qalın paltarda çıxmışdınız. Hələ mühitə öyrəşə bilməmisiniz?
- Sivasda oynamışam. Orda da soyuq hava var və Qəbələnin havasına yaxındır. Amma meydana bu cür çıxmağım bir vərdişdir.
- Bu gün meydanda özünüzə bənzəmirdiniz. Çox zəif təsir bağışlamağınız nə ilə bağlı idi?
- Futbol komanda oyunudur. Başdan hamımız pis təsir bağışladıq.
- Unibankdan verilən pulla nə alacaqsınız?
- Sizə verəcəm. Bu bir zarafatdır. Evdə söhbət olub ki, qol vursaydım, qızıma hədiyyə alacaqdım. Amma qol vura bilmədim. Verilən mükafata isə ailəmə hədiyyə alacam. İstəsəniz, mənimlə fransız restoranına qonaq gedə bilərsiniz.

0
0