Branimir Subaşiç: Ad günümə bundan yaxşı nə hədiyyə?
07.04.2012 - 23:04
“Oyun çətin keçdi. Bunu əvvəlcədən də bilirdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın hücumçusu Branimir Subaşiç deyib.
“Qəbələ” ilə matçda yeganə qolun müəllifi olan forvard həm də komandasına 3 xal qazandırmış oldu. Bu qolla serbiyalı futbolçu həm də öz ad gününü təbrik etmiş oldu: “Bu gün mənim ad günümdür. Bundan yaxşı nə hədiyyə? Meydana çıxdıq, qol vurdum və komandamız qələbə qazandı”.
Komandasının çempionluq şansının davam etdiyini vurğulayan futbolçu sona qədər mübarizə aparacaqlarını vurğulayıb: “Dörd-beş komanda var ki, onların şansı var. Bizim də şansımız davam. Bu gün ikinci pilləyə yüksəldik. Sona qədər vuruşub, xal fərqini əritməyə çalışacağıq”.

0
0