Kim nə qazandı?
07.04.2012 - 23:03
Kim nə qazandı?
Ukrayna klublarının cari mövsüm avrokuboklardakı çıxışlarına görə əldə etdikləri qazanc açıqlanıb. Apasport.az saytının xəbərinə görə, Xarkovun "Metallist" klubu Avropa Liqasında 1/4 final mərhələsinə kimi irəlilədiyi üçün UEFA-dan 2,69 milyon avro "qopara bilib". Ukraynanın digər klubu "Şaxtyor" Çempionlar Liqasında çıxışa görə 8,8, "Dinamo" Avropa Liqasından 1,51, "Vorskla" isə 1,41 milyon avro qazanıb.

Xatırladaq ki, Çempionlar Liqasının yarımfinalçıları "Bavariya" 23,4, "Real"22,5, "Barselona" 22,1, "Çelsi" 20,9 milyon gəlir əldə edib. Turnirin sürpriz komandası APOEL isə 18,4 milyon avro əldə edərək büdcəsini iki dəfə artırıb.