Daha bir müqayisə
07.04.2012 - 23:08
Daha bir müqayisə
Almaniya millisinin sabiq üzvü Andreas Breme Lionel Messi və Dieqo Maradona ilə bağlı ölkəsinin mətbuatına maraqlı açıqlamalar verib. Apasport.az saytının xəbərinə görə, argentinalı futbolçuları müqayisə edən əfsanəvi müdafiəçi Leonun Maradonadan daha güclü oyunçu olduğunu söyləyib: "Messiyə qarşı oynasaydım, onu saxlaya bilməzdim. O, fenomendi. Messi məni hələ "Mançester Yunayted"lə Çempionlar Liqasının final oyunu zamanı təəccübləndirmişdi. Həmin matçda Ferdinand və Vidiç kimi müdafiəçilər də Leonu saxlaya bilməmişdilər.

Məncə, o, Maradonadan daha yaxşı futbolçudu. 24 yaşı var, amma demək olar ki, bütün titulları qazanıb. Messinin başı Maradonadan yaxşı işləyir. Əfsanəvi futbolçuda çatışmayan başlıca amil də bu idi".

Bu günə qədər gəlmiş-keçmiş ən yaxşı sol cinah müdafiəçisinin də adınını açıqlayan Breme bu ada Roberto Karlosu layiq görüb: "O, hər şeyə sahib idi: sürət, qüvvət və inanılmaz zərbələr".