Son sınaq
08.04.2012 - 09:41
Son sınaq
Sabah futzal üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Joze Alesio da Silvanın yetirmələri Tümendə Rusiya yığmasının qonağı olacaq. Bu qarşılaşma ilin sonunda keçiriləcək dünya çempionatının pley-off mərhələsi çərçivəsində baş tutacaq.

Tümendəki görüş komandalar arasında 2-ci matç olduğundan hər 2 yığma üçün bu Tailanda gedən yolda son sınaqdır. Belə ki, mundiala vəsiqənin sahibi bu oyunda müəyyənləşəcək. Bakıdakı oyunda 2:3 hesabı ilə uduzan millimiz tarixində ilk dəfə dünya çempionatına yüksəlmək üçün ən azı 2 top fərqilə qalib gəlməli, ya da 3-dən çox qol vurub minimal fərqlə qələbə qazanmalıdır.

Əsas heyət oyunçuları Andey Tveryankinlə Rizvan Fərzəliyevin bu dəfə olmaması isə bu işi xeyli çətinləşdirir. Qapıçımız Andreyin cəzası bitsə də zədə səbəbindən kənarda qalıb. Rizvanin cəzası isə hələ də bitməyib.

DÇ-2012-nin pley-off mərhələsi
Cavab oyunu
9 aprel

18:00. RUSİYA – AZƏRBAYCAN
Hakimlər: Karel Heniç, Yan Kresta, Radek Venç (hamısı Çexiya)
Hakim-inspektor: Antonius Van Eekelen (Hollandiya)
UEFA nümayəndəsi: Zoran Dimiç (Serbiya)
Tümen. Mərkəzi İdman Kompleksi
İlk oyun – 3:2