“Barselona”dan yeni rekord
08.04.2012 - 12:26
“Barselona” klubu İspaniya rekordunu yeniləyib. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi 1 mövsümdə ən çox qol vuran komanda adını qazanıb. Xosep Qvardiolanın yetirmələri cari mövsüm keçirdiyi 54 rəsmi qarşılaşmada 161 qol vurub. Bu isə İspaniya futbolu üçün mütləq rekorddur.
Qeyd edək ki, indiyədək rekord “Real”ın 1959/60 mövsümündə müəyyənləşdirdiyi və “Barselona”nın 3 il əvvəl təkrarladığı göstərici idi.
Qeyd edək ki, indiyədək rekord “Real”ın 1959/60 mövsümündə müəyyənləşdirdiyi və “Barselona”nın 3 il əvvəl təkrarladığı göstərici idi.
0
0