“Avrasiya”, “Remezov” və ya Tümendə 26 Bakı Komissarı
08.04.2012 - 11:45
Azərbaycan futzal yığması dünya çempionatının pley-off mərhələsinin Rusiya yığması ilə cavab oyununu keçirəcəyi Tümenə yetişib. Apasport.az saytının Tümenə ezam olunan əməkdaşının məlumatına görə, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun başçılıq etdiyi 32 nəfərlik nümayəndə heyəti Rusiyanın “UTair” hava şirkətinə məxsus kiçik tutumlu təyyarə ilə bu gün səhər 07:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından göyə qalxdı. Çarter reysi ilə 3 saatlıq yolu qət etdikdən sonra Tümen hava limanına endik. Burada havanın temperaturu müsbət 2 dərəcədir.
Hava limanının qarşısında bizləri “Tümen” futzal klubunun avtobusu ilə yanaşı, yerli televiziyanın 2 əməkdaşı – müxbirlə operator da gözləyirdi. Onlar milli komandalarının cavab oyununa gələn rəqibi qarşılayan yeganə telekanal nümayəndələri idi. Həmkarımız 2 oyunçumuzun yolunu gözlədiyini soruşaraq, onları bizdən xəbər aldı. Bu, qapıçımız Marat Salyanski ilə hücumçumuz İlkin Hacıyev idi. Ruslar üçün millimizin heyətində olan braziliyalılar onların vətənində çıxış etdiyindən, daha yaxşı tanış olsa da, özləri üçün tanış olmayan azərbaycanlı oyunçuları gözaltı etmişdilər. Həmkarımız bunu sadə məntiqlə izah etdi: “Marat yığmanızın kapitanı, İlkin isə Bakıda 3:2 hesabı ilə qalib gəldiyimiz oyunçularınızdan biridir. Buna görə də onların fikirləri bizim üçün maraqlıdır”.
Onu qeyd edim ki, Tümenə 5 azərbaycanlı jurnalist ezam olunub və bunların hamısı dörd ulduzlu “Avrasiya” otelində qalır. Qalan nümayəndə heyətimiz və millimiz isə həmin ulduzlu “Remezov” otelində məskunlaşıb. Otellərimizə çatmaq üçün hava limanından avtobusla 15-20 dəqiqəlik yol qət etməli etdik. Yolda gələrkən isə 26 Bakı Komissarları küçəsi diqqətimizi çəkdi.
Millimiz bu gün yerli vaxtla saat 17:00-da matç keçiriləcək Tümen Mərkəzi İdman Kompleksində mətbuat üçün açıq məşqinə çıxacaq. 1 saatlıq hazırlıqdan sonra ruslar həmin məkanda məşq keçəcək. Bundan sonra - 19:30-da mətbuat konfransının keçiriləcəyi nəzərdə tutulub.
Qeyd edək ki, Tümendən Bakıdan 1, Moskvadan 2 saat irəlidədir.
Mehman SÜLEYMANOV, Tümen

0
0