Əvvəl Azərbaycan, sonra Rusiya
08.04.2012 - 12:44
Əvvəl Azərbaycan, sonra Rusiya
Futzal üzrə dünya çempionatının play-off mərhələsinin cavab oyunları çərçivəsində aprelin 9-da Rusiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının açıq məşqi olacaq. Apasport.az saytının məlumatına görə, bu gün oyunun keçiriləcəyi Tümen şəhərinə çatan millimiz yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 16:00) Mərkəzi İdman Kompleksində hazırlıq keçəcək. Millimizin bu, Rusiya yığmasının saat 18:00-da mətbuat üçün açıq məşqi keçiriləcək. Saat 19:30-da hər iki komandanın baş məşqçisinin mətbuat konfransı təşkil olunacaq.

Mənbə: affa.az