“O, kişi deyil”
08.04.2012 - 15:31
“O, kişi deyil”
İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviç İspaniya “Barselona”sında möhkəmlənə bilməməyinin səbəbini açıqlayıb. Apasport.az saytının məlumatına görə, isveçli hücumçu bunda baş məşqçi Xosep Qvardiolanı günahkar sayır. İbrahimoviç çalışdırıcının ünvanına sərt ifadələr də işlətməyi lazım bilib: “Barselona” dünyanın ən yaxşı komandasıdır. Mən isə bu komandadan ona görə ayrıldım ki, orda bir nəfər var idi. Bu, Qvarsiola idi. Bütün problemlərim ona görə yaranmışdı. O, kişi deyil. Mənim üzümə heç nə deyə də bilmədi”.