“Bakı”nın məşqçisi: Bu cür oyunlardan dərs almalıyıq
08.04.2012 - 18:19
“Bakı”nın məşqçisi: Bu cür oyunlardan dərs almalıyıq
“Bizim üçün əhəmiyyətli oyun idi. Bəlkə də, bu, futbolçular üzərində psixoloji təsir yaratdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun məşqçisi Novruz Əzimov deyib.

O, Premyer Liqanın XXVII turunun “Neftçi” ilə oyunundakı 1:2 hesablı məğlubiyyətə şərh verib: “İlk hissəsdə qol imkanlarımız, demək olar ki, olmadı, “Neftçi”nin bir qolu qapı dirəyindən döndü. İkinci hissədə isə “Neftçi”nin ikinci qolu Bahodir Nasimovun yüksək fərdi ustalığı və futbolçularımızın diqqətsizliyi nəticəsində vuruldu. Bu cür oyunlardan dərs almalıyıq. Bir az da vaxtımız olsa idi hesabı bərabərləşdirə bilərdik. Çempionatda çox ağır vəziyyətə düşdük”.