“Bugünkü oyunda iki xal itirdik”
08.04.2012 - 19:49
“Doğrudan da, oyun yüksək tempdə keçdi. “Simurq” əvvəlkindən daha yaxşı təsir bağışlayır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan” klubunun baş məşqçisi Bəhmən Həsənov deyib.
O, Premyer Liqanın XXVII turunun “Simurq”la oyunu (0:0) haqda fikirlərini açıqlayıb: “Bir neçə qol imkanından istifadə edə bilmədik. Qarşımıza 7-ci yeri tutmağı məqsəd kimi qoymuşuq. Bugünkü oyunda iki xal itirdik. Buna baxmayaraq, yaxşı oyuna görə komandama minnətdaram”.

0
0