Bernard Raab çətinliklə üzləşdi
08.04.2012 - 20:06
Bernard Raab çətinliklə üzləşdi
“Gərgin oyun keçdi. Bu oyundan sonra nəsə demək çətindir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt” klubunun baş məşqçisi Bernard Raab deyib.

Almaniyalı mütəxəssis Premyer Liqanın XXVII turunun AZAL-la oyunundakı 1:1 hesablı heç-heçəni dəyərləndirib: “Komandamdan razı qaldım. Bütün oyun ərzində mübarizə apardılar. Tapşırıqlarımı yerinə yetirdilər, səhvlər az buraxdılar. Baxmayaraq ki, qırmızı vərəqədən sonra mövqelərini tutmaqda çətinlik çəkirdilər”.