“Hamı Azərbaycan yığması ilə hesablaşır”
08.04.2012 - 20:14
“Sirr deyil ki, Azərbaycan yığması ciddi rəqibdir. İlk oyunu bunu göstərdi”. Apasport.az saytının Tümenə ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri Rusiya futzal yığmasının baş məşqçisi Sergey Skoroviç bu gün keçirilən mətbuat konfransında deyib. Dünya çempionatının pley-off mərhələsində Azərbaycan yığmasına Bakıda 3:2 hesabı ilə qalib gələn ruslar final mərhələsinə yüksəlmək şanslarını xeyli yüksəltsələr də, çalışdırıcıları arxayınlaşmağa lüzum görmür.
Skoroviçin fikrincə, sabah evdə keçirəcəkləri cavab oyunu da onlar üçün asan olmayacaq: “Çoxları elə düşünə bilər ki, Azərbaycan yığması elə də güclü komanda deyil və biz final mərhələsinə çıxmaq vəzifəsini artıq yerinə yetirməmişik. Ancaq bu, belə deyil. Bizə güclü rəqib düşdüyündən, yenə çətin sınaq qarşısında olacağıq. Qalib 40 dəqiqəlik mübarizədən sonra bilinəcək. Məlum olduğu kimi, dünya çempionatına vəsiqə birdir və onu qazananın adına matçda aydınlıq gələcək. Biz ilk oyundakı nəticəni nəzərə almayaraq, hər şeyə sıfırdan başlayaraq, meydana qalib gəlmək üçün çıxacağıq. Azərbaycan yığması üzərində yenə qələbə qazanmağa çalışacağıq. Bütün oyun boyu maksimal diqqətli olub, mütəşəkkil, Rusiya yığmasına xas olan aqressiv oyunu göstərməliyik”.
Rusiyalı mütəxəssis bildirib ki, Bakıda oyunda səhvlərimizi təhlil edib, ondan nəticə çıxardıblar “Bu dəfə daha yaxşı oynayıb, qapımızı toxunulmazlığının qorumağına nail olmağa çalışacağıq. Buna nail ola bilsək, qalib gələ biləcəyik. Ancaq qol buraxmamağa tək qapıçı yox, hamı cavabdehdir. Elə oyun göstərəcəyik ki, heç kimin qarşısında utanmayacağıq. Biz Azərbaycan yığması ilə oyunda favorit deyilik. Ümumiyyətlə, bu cütdə favorit görmürəm. Hər 2 komandanın dünya çempionatının final mərhələsinə çıxmaq şansı var. Ancaq biz öz oyunumuzdan, taktikamızdan çəkinən deyilik”.
Skoroviç mətbuat konfransında saytımızın əməkdaşının da sualını cavablandırdı. Ondan rübəli mütəxəssis kimi yığmamızın heyətində Rusiya Superliqasında çıxış etməyə layiq olan oyunçunun olub-olmadığını soruşduq: “Əlbəttə, çempionatımızda oynamağa layiqli oyunçularınız var. Azərbaycan yığması Avropada rəqibləri ilə bərabər səviyyədə oynayır və hamı onunla hesablaşır. Təsadüfi deyil ki, yığmanızın heyətində bir sıra oyunçular Rusiya çempionatında çıxış edib. Onlardan elə hazırda mətbuat konfransında iştirak edən Vitali Borisov vaxtilə “Dina”da oynayıb. Bir sıra oyunçularınız Rusiya klublarında aparıcı simalar olub. Onlardan Serjao çempionatımızın bombardirlərindən olub”.
Mehman SÜLEYMANOV, Tümen

0
0