“Turan” hamıdan öndə
08.04.2012 - 20:16
“Turan” hamıdan öndə
Premyer Liqada final mərhələsinin I dövrəsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, “altılıq” mərhələsinin ilk 5 turunun ən yaxşı komandaları müəyyənləşib. Final mərhələsinin hər “altılığ”ında 1 komanda 5 turluq yolu məğlubiyyətsiz qət edib. Bunlar bütün çempionatların iştirakçısı olmuş “Qarabağ”la “Turan”dır. Ağdamlılar 1-6-cı, Tovuz təmsilçisi isə 7-12-ci yerlər uğrunda mübarizə aparanların yarışında ən yaxşı olub. Ümumilikdə isə “Turan” final mərhələsinin ilk yarısının mütləq qalibi olub. Onlar evdə qələbə, səfərdə heç-heçə prinsipinə sadiq qalıb. Final mərhələsində qələbəsi olmayan yeganə komanda isə “Sumqayıt”dır.

Qarabağ (Ağdam) 2 3 0 5 - 3 9
Neftçi (Bakı) 2 2 1 6 - 7 8
Qəbələ (Qəbələ) 2 1 2 8 - 6 7
Xəzər Lənkəran (Lənkəran) 2 1 2 4 - 3 7
Bakı (Bakı) 2 0 3 5 - 6 6
İnter (Bakı) 1 1 3 4 - 7 4

Turan (Tovuz) 3 2 0 9 - 3 11
Rəvan (Bakı) 2 1 2 4 - 3 7
Kəpəz (Gəncə) 2 1 2 6 - 6 7
AZAL (Bakı) 2 1 2 5 - 7 7
Simurq (Zaqatala) 1 3 1 5 - 5 6
Sumqayıt (Sumqayıt) 0 2 3 4 - 9 2