Amit yox, xal da yox
08.04.2012 - 20:27
Türkiyə çempionatının Bank Asiya I Liqasında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Amit Quluzadənin şərəfini qoruduğu “Ərciyyəspor” səfərdə “Adanaspor”la qarşılaşıb. Bu qarşılaşmada Amitə ehtiyac duymayan Kayseri təmsilçisi Adanadan əliboş qayıdıb. Belə ki, meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, 29 oyundan sonra hesabında 39 xal olan Amitin komandası 18 komanda arasında 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, 29 oyundan sonra hesabında 39 xal olan Amitin komandası 18 komanda arasında 8-ci pillədə qərarlaşıb.
0
0