“Bakıda vurduğum kuryoz qol haqda mənə çox sual verirlər”
08.04.2012 - 20:39
“Bakıda vurduğum kuryoz qol haqda mənə çox sual verirlər”
“Azərbaycan yığmasına Bakıda qalib gəlsək də, bu, bizə asan olmadı”. Apasport.az saytının Tümenə ezam olunmuş əməkdaşının məlumatına görə, bu sözləri Rusiya futzal yığmasının kapitanı Sergey Sergeyev bu gün keçirilən mətbuat konfransında deyib. Təcrübəli oyunçunun Azərbaycan milli komandası dünya çempionatının pley-off mərhələsində səfər oyunundakı qazandıqları 3:2 hesablı qələbədə böyük rolu oldu. Belə ki, Seryevein etdiyi dubl ruslara vacib qələbə qazandırdı. Həmin vaxt hesabda 3:0 irəlidə olan rəqibin sonda buraxdığı 2 qol Sergeyi düşünməyə vadar edib: “Biz Azərbaycan yığmasının say üstünlüyündə necə oynadığını təhlil etsək də, bunun qarşısını ala bilmədik. Nəticədə oyunun sonunda öz səhvlərimizdən sonra 2 qol buraxaraq, böyük üstünlüyümüzü əldən verdik. Yəni Bakıdakı oyunun sonluğu bizdə alınmadı. Bu dəfə ciddi hazırlaşmışıq və sonadək meydanda fəal oynayacağıq. Oyun boyu öz oyunuuzu göstərib, rəqibi öz meydanına tərəf sıxacağıq. İnanıram ki, layiqli nəticə qazanıb, final mərhələsinə çıxacağıq”.

Sergey Bakıdakı oyunda kuryoz alınan özünün 2-ci, komandasının 3-cü qolu haqda suala bir daha cavab verməli olub: “Həmin qol haqda mənə çox sual verirlər. Mən bir daha deyirəm ki, həmin epizodda qol vuracağımı gözləmirdim. Mən bilmədim ki, rəqib qapısına yol tapmışam. Həmin vaxt ayağıma arxadan zərbə vuruldu və mən yerə yıxıldı. Bu zaman ağrılar hiss etdim. Komanda yoldaşım Konstantin Mayevski mənə yaxınlaşaraq, ruhlandırdı və qol vurduğumuz dedim. Məhz bundan sonra fərqləndiyimi bildin”.

Mehman SÜLEYMANOV, Tümen