Emil Əliyev azərbaycanlı jurnalistlər qarşısına niyə çıxmadı?
08.04.2012 - 21:05
Rusiya Mini-Futbol Assosiasiyasının prezidenti Emil Əliyev dünya çempionatının pley-off mərhələsində Rusiya – Azərbaycan oyunu öncəsi keçirilən mətbuat konfransına qatılmadı. Apasport.az saytının Tümenə ezam olunmuş əməkdaşının məlumatına görə, əslən Azərbaycandan olan rəhbər şəxsin bu gün Mərkəzi İdman Kompleksində keçirilən konfransda iştirak ediləcəyi rəsmən elan olunsa da, nə o, nə də “Tümen” futzal klubunun prezidenti Aleksandr Popov jurnalistlər qarşısına çıxdı.
Təbii ki, bunu aydınlaşdırmağı lazım bildik. Təşkilatçılar bizə söylədi ki, Əliyevlə Popovun təcili olaraq Tümen vilayətinin qubernatoru Vladimir Yakuşevin qəbulunda olmaları lazım gəlib. Bu, dünən axşam dəqiqləşib və mətbuat konfransının iştirakçıları ilə bağlı planları dəyişib. Hər halda, Rusiya Mini-Futbol Assosiasiyasının fəxri prezidenti Semyon Andreyev planlaşdırıldığı kimi, jurnalistlər görüşə gələrək, onların çoxsaylı suallarını cavablandırdı.
Mehman SÜLEYMANOV, Tümen

0
0