“Azərbaycan yığması çox güclü, balanslaşmış komandadır”
08.04.2012 - 23:04
“Millimizin Azərbaycan yığması ilə oyununun çox çətin olacağını bilirdik”. Apasport.az saytının Tümenə ezam olunmuş əməkdaşının məlumatına görə, bu sözləri Rusiya Mini-Futbol Assosiasiyasının fəxri prezidenti Semyon Andreyev deyib.
O, dünya çempionatının pley-off mərhələsində Rusiya və Azərbaycan futzal yığmalarının cavab oyunu öncəsi təşkil olunan mətbuat konfransında iştirak edən millimizi tərifləyib: “Azərbaycan yığması çox güclü rəqibdir, balanslaşmış komandadır. Buna görə də yenə çətin sınaq gözləyirik. Hesab edirəm ki, cavab oyunu da ilk matç kimi maraqlı və gərgin olacaq”.
Andreyevdən qurumun prezidenti, əslən Azərbaycandan olan Emil Əliyevin işinə qiymət verməyini istədik: “Mən onun haqda xoş sözlər deyə bilərəm. Emil milliyətcə azərbaycanlı olsa da, uzun müddətdir Rusiyada yaşayır. Yaxşı enerjiyə, yüksək potensiala malik gənc rəhbərdir. Əliyev ilk növbədə yaxşı təşkilatçı, menecerdir. İnanıram ki, hazırkı vəzifəsində işi bundan da uğurlu olacaq”.
Mehman SÜLEYMANOV, Tümen

0
0