“Buraxılan qolda səhvimin olub-olmadığını deyə bilmərəm”
08.04.2012 - 23:09
“Bu, futboldur, hər cür nəticə qeydə alına bilər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun qapıçısı Qrem Smit deyib.
Yayda sabiq baş məşqçi Toni Adamsın istəyi ilə transfer olunan, amma əsas heyətə düşə bilməyən 29 yaşlı qapıçı “Xəzər Lənkəran”la dueldə “çərçivə”də yer almışdı. Amma matç şotland qapıçı üçün uğursuz keçdi.
Belə ki, artıq 3-cü dəqiqədə Branimir Subaşiç onun qapısına yol tapmaqla, matçın taleyini həll edən yeganə qolun müəllifi oldu.
Oyun haqda danışan futbolçu qol vura bilməməklərinə təəssüflənib: “Çoxsaylı qol epizodları yaratdıq, ancaq biz yox, onlar qol vurdular. Bu da matçın taleyini həll etdi. Buraxılan qola gəlincə, səhvimin olub-olmadığını deyə bilmərəm”.
Məğlubiyyətə rəğmən o, komandasının avrokuboklara vəsiqə qazanacağına inandığını deyib: “Şansımız hələ davam edir. Məğlubiyyətlə işimizi bir qədər çətinləşdirdik, amma sona qədər mübarizə aparacağıq”.
Qeyd edək ki, “Qəbələ”nin əsas qapıçısı Pavel Dorosevs hesab edilir. Amma latviyalı qolkiper “Bakı” ilə görüşdə kobud səhvə yol verdiyinə görə, bu matçda ehtiyatda saxlanılıb.

0
0