“Biz Tümenə tarix yazmağa gəlmişik” - MÜSAHİBƏ
09.04.2012 - 08:30
Azərbaycan futzal yığmasının qapıçısı Elnur Zamanovun apasport.az saytının Tümenə ezam olunmuş əməkdaşına müsahibəsi
- Rusiya yığması ilə cavab matçına hazırlığı necə dəyərləndirərdin?
- Oyuna yaxşı hazırlaşmışıq. Bura qələbə üçün gəlmişik.
- Bakıdakı 2:3 hesablı məğlubiyyətdən sonra ruh düşkünlüyü yaranmayıb?
- Heç bir ruh düşkünlüyü yoxdur. Hətta Tümendəki oyuna Bakıdakından da yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, bunu oyunda göstərib, nəticə qazanaq.
- Hər halda, rəqib səfərdə qalib gəldiyindən, final mərhələsinə bizdən daha şanslıdır...
- Biz də özümüzü şanslı sayırıq. Tümendə tarix yazmaq istəyirik ki, Azərbaycan futbolu ilk dəfə dünya çempionatının final mərhələsində təmsil olunsun.
- Hesab etmirsiniz ki, ilk oyundakı nəticəni nəzərə alsaq, həmin tarixi yazmaq heç də asan olmayacaq?
- Düzdür, asan olmayacaq. Ancaq nəticəni bilmək olmaz. Oyun 40 dəqiqə davam edir. Qalib onun sonunda müəyyənləşəcək. Hər halda, Rusiyada qalib gəlməyimizə inamımız var.
- Əsas nəyə?
- Fikrimcə, biz qol imkanlarımızdan istifadə etsək, qələbə qazanacağıq.
- İlk oyunda ən az heç-heçə etməyimizə hansı səhvlər imkan vermədi ki, indi buna diqqət yetirməliyik?
- Bakıdakı matçda qol imkanlarımızdan istifadə etmədik və ona görə də uduzduq.
- Futzalda uzun müddətdir oynadığınızdan böyük təcrübəniz var. Ancaq yığmada xeyli vaxtdır çıxış etmirdiniz. Fevralda Xorvatiyada keçirilən Avropa çempionatının final mərhələsinə ümumiyyətlə, aparılmamışdınız. Bu mənada dünya çempionatının pley-off mərhələsində Rusiya yığması ilə Bakıdakı oyunda əsas heyətdə yer almağınız sizin üçün gözlənilməz olmadı ki?
- Yox, gözlənilməz olmadı. Hətta deyərdim ki, bu, mənim üçün əsas heyətə düşərək, yerimi möhkəmlətmək üçün bir şansdır.
- Sizcə, bu şansdan nə dərəcədə istifadə edə bildiniz?
- İlk oyun normal oldu. Hər halda, demək olar səhvlərim olmadı. İnşallah, ikinci oyunda bundan da yüksək səviyyədə çıxış etmək istəyirəm.
- Çoxdandır kənarda qaldığından, birdən-birə belə matçda debüt etdiyinə görə həyəcan var idimi?
- İnandırım sizi ki, bir qram da həyəcan yox idi. Bunu qəti hiss eləmirdim. Oyuna hazır idim.
- Hazırda yığmada olan həmkarınız Marat Salyanski eyni zamanda kapitanımızdır. Onun kənarda qalmağı, sizə şans veriləcəyinə özünüz üçün gözlənilməz olmadı?
- Biz ikimiz də oyuna hazır idik. Sadəcə, baş məşqçimiz öz fikridir ki, mənə əsas heyətdə yer versin. Biz də onun fikrinə hörmətlə yanaşırıq. Hansımıza şans versə, o da meydana çıxıb, yaxşı da çıxış edəcək.
- Yəqin ki, ilk oyunda buraxdığınız 3-cü qola görə daha çox üzüldünüz. Hər halda, bu qol kuryoz alındı və sizinlə toqquşaraq, yerə yıxılan rəqibin kapitanı topun ayağına dəyərək, qapıdan keçdiyini bilmədi...
- Doğrudur. Həmin epizodda hakim cərimə zərbəsi təyin etdi və rəqib oyunçu da qol vurduğunu bilmədi. Onun ayağı mənə dəydi və top onun ayağına dəyərək, qapıya girdi. Dediyim kimi, hakim əvvəlcə cərimə zərbəsinə fit vermişdi. Ancaq sonradan fikrini dəyişdi və qol saydı.
- Cavab oyununda da əsas heyətdə yer alacağını düşünürsünüz?
- İnşallah. Gözləyirəm ki, yenə mənə etimad göstərəcəklər.
- Tümendə yaşayan çoxlu azərbaycanlıların oyuna gəlməyi gözlənilir. Ümumiyyətlə, azarkeşlərimizə sözünüz nədir?
- İnşallah, oyunda çoxlu həmyerlilərimizi gözləyirik. İstəyirdik ki, onlar bizə azarkeşliklərini göstərsinlər. Biz də onları sevindirmək üçün əlimizdən gələni edəcəyik.
Mehman SÜLEYMANOV, Tümen

0
0