Ukrayna və Serbiya dünya çempionatına vəsiqə qazandı
09.04.2012 - 08:47
Futzal üzrə dünya çempionatının pley-off mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, Avropa zonasında keçirilməli olan 7 cütdən ikisi artıq mundial iştirakçısının adına aydınlıq gəlib. Bunlar Serbiya və Ukrayna yığmalarıdır ki, onlar noyabrda Tailandda baş tutacaq DÇ-yə yüksəliblər.
İlk oyunda Macarıstan 0:1 hesabı ilə uduzan sabiq yuqoslaviyalılar bunun əvəzini evdə darmadağınla çıxıb – 6:1. Ukrayna yığması isə əksinə səfər qələbəsindən sonra öz meydanında uduzub. Rumıniyada 4:0 hesabı ilə qalib gələn ukraynalılar bu dəfə 1:4-ə üzülüblər. Özü də sonuncu qolun 29-cu dəqiqədə vurulduğu matçda qonaqların daha 1 dəfə fərqlənmək üçün 11 dəqiqə vatı olub.
Qeyd edək ki, pley-offda çıxış edən Azərbaycan milli komandası bu gün Rusiya ilə görüşəcək.

0
0