Azərbaycan çempionu üçün “Linfild”
09.04.2012 - 09:21
Futbol üzrə Şimali İrlandiya çempionatının qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Linfild” klubu ölkə çempionu adını təmin edib. Son 9 ildə 7-ci dəfə bu titulu qazanan komanda tarixində 51-ci dəfə qızıl medalların sahibi olub.
“Linfild” buna “Portadaun”u 2:1 hesabı ilə məğlub etməklə nail olub. Ən yaxın izləyicisi üzərində qələbə sayəsində onunla xal fərqini 15-ə çatdıran çempion bu adı sona 4 tur qalmış titulu rəmin edib.
Qeyd edək ki, bununla da Çempionlar Liqasına vəsiqə qazanan “Linfild” yarışa qatılacaq Azərbaycan çempionunun potensial rəqibi olub. Lakin mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq təmsilçimizdən fərqli şimali irlandiyalılar ilk təsnifatda da qüvvəsini sınayacaq.

0
0