Millimiz dünya çempionatına vəsiqə qazana bilmədi
09.04.2012 - 18:32
Millimiz dünya çempionatına vəsiqə qazana bilmədi
Bu il Tailandda keçiriləcək futzal üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində çıxış edən Azərbaycan milli komandası mübarizəni dayandırıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Joze Alesio da Silvanın yetirmələri bu gün Rusiya yığması ilə pley-off mərhələsinin cavab oyununu keçirib.

Martın 27-də Bakıda keçirilən görüşdə 2:3 hesabı ilə uduzan yığmamız məğlubiyyətin əvəzini Tümendəki qarşılaşmada çıxa bilməyib. Tümendə baş tutan görüşdə ya ən azı 2 top fərqilə qalib gəlməli, ya da minimal fərqlə qalib gələcəyi halda 3-dən çox qol vurmalı olan komandamız bu vəzifənin öhdəsindən gələ bilməyib - 2:2.

Tarixində ilk dəfə dünya çempionatının addımlığında olan millimiz bu uğursuzluğunda komandadakı itkilərin də rolu olub. Əsas heyət üzvlərindən qapıçı Andrey Tveryankin zədəli, Rizvan Fərzəliyev cəzalı olduğundan ilk oyundakı kimi bu qarşılaşmada da millimizə kömək edə bilməyib.

DÇ-2012-nin pley-off mərhələsi
Cavab oyunu
9 aprel


RUSİYA – AZƏRBAYCAN - 2:2
QOLLAR: Nikolay Pereverzev, 5; Aleksandr Fukin, 22 - Serjao, 18, Jadder, 30
Hakimlər: Karel Heniç, Yan Kresta, Radek Venç (hamısı Çexiya)
Hakim-inspektor: Antonius Van Eekelen (Hollandiya)
UEFA nümayəndəsi: Zoran Dimiç (Serbiya)
Tümen. Mərkəzi İdman Kompleksi
İlk oyun – 3:2
RUSİYA: 12. Qustavo, 5. Sergey Sergeyev (k), 9. Sergey Abramov, 10. Konstantin Mayevski, 15. İldar Nuqumanov, 1. Leonid Klimovski, 2. Vladislav Şayaxmetov, 3. Nikolay Pereverzev, 4. Dmitri Prudnikov. 7. Pula, 13. Aleksandr Fukin, 14. İvan Milovanov
Baş məşqçi: Sergey Skoroviç
AZƏRBAYCAN: 19. Elnur Zamanov, 5. Felipe, 13. Kaka, 14. Vitali Borisov, 18. Jadder Dantas, 12. Marat salyanski (k), 3. İlkin Hacıyev, 4. Serjao, 6. Zeynal Zeynalov, 7. Rəcəb Fərəczadə, 10. Seymur Məmmədov, 15. Rüfət Balakişiyev
Baş məşqçi: Joze Alesio da Silva