“Qalatasaray”ın qapıçısından ilk və rekord – VİDEO
09.04.2012 - 11:41
“Qalatasaray”ın qapıçısı Fernando Muslera ilkə imza atıb. Apasport.az saytının məlumatına görə, Uruqvay millisinin üzvü karyerasında ilk dəfə qol vurub.
O, “Manisaspor”la görüşün 83-cü dəqiqəsində penalti zərbəsini dəqiq yerinə yetirərək, hesabı 3:0-a çatdırıb. Qarşılaşma isə 4:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, mövsümdə 16-cı quru oyununu keçirən Muslera Klaudio Taffarel və Fərid Mondraqona məxsus klub rekordunu da yeniləyib. Braziliyalı 1998/99 və 1999/2000, kolumbiyalı isə 2004/05 mövsümündə 15 quru oyun keçirmişdi.

0
0