Kimdir “abunəçi”? – ARAŞDIRMA
09.04.2012 - 14:00
“İnter”in prezidenti Georgi Nikolov Azərbaycan futboluna yeni termin gətirdi. Bolqarıstanlı futbol funksioneri “Neftçi” ilə oyun ərəfəsində “ağ-qaralar”ı hər dəfə məğlub etmələrinə eyham vuraraq, “onlar bizim abunəçimizdir” demişdi. Bu ifadə intriqasız, maraqsız, azarkeşlərə lazım olmayan Premyer Liqaya bir rəng qatıb, əsl mübarizə ab-havası yaratmışdı.
Düzdür, şablon açıqlamalara adət edən futbol ictimaiyyəti arasında bunu düzgün qəbul etməyənlər də olmuşdu. Axı ölkəmizdə hətta 14:0 hesablı görüşdən sonra da “rəqib yaxşı komanda idi, uduzsalar da, perspektivləri var” deyənlər, kifayət qədərdi.
Apasport.az saytı isə Nikolovun futbolumuza bəxş etdiyi “abunəçi” ifadəsini araşdırmağa qərar verdi. Axı məhz apasport.az-a verilən açıqlamada işlədilən ifadə heç də havadan deyilməyib. Artıq Premyer Liqada final mərhələsinin I dövrəsi arxada qalıb. Bu isə o deməkdir ki, həm ilk, həm də ikinci “altılıq”da komandalar bir-biriləri ilə 3 dəfə üz-üzə gəliblər.
Belə olan halda, bəs “abunəçi” kimdir?
Bunu müəyyənləşdirmək üçün “abunə” yazılanlara baxaq. Yəni, hansı komandanın mövsüm ərzində eyni rəqibə 9 xal verdiyini müəyyənləşdirək. Bu yolla əsl xal “abunəçi”ləri üzə çıxacaq.
İlk “altılıq”da 15 müxtəlif cüt var. Lakin onlardan yalnız ikisində daim “abunə”çi mövcuddur. “Neftçi” üçün ən böyük xal mənbəyi “Bakı” sayılır. Nikolovun təbirincə, “Neftçi”nin “abunəçi”si olan “Bakı” həmşəhərlilərinə 9 xal verib – 0:1, 1:3, 1:2.
İlk “altılığ”ın digər “abunəçi”si də “Bakı”nın adı ilə bağlıdır. Paytaxtın eyni adlı təmsilçisi “Qarabağ”ın da “abunəçi”si sayılır. Ağdamlılar da rəqibinə qarşı amansız olublar – 2:1, 3:0 və 2:1. Elə “Bakı”nı liderlərdən uzaq salan da bu nəticələrdir. Əgər bakılılar bu 2 komanda ilə oyunlarda 3 məğlubiyyət əvəzinə, heç olmasa 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət (yəni aşkar məğlubiyyət əvəzinə mütləq bərabərlik) əldə etsəydilər, indi 41 yox, 49 xala malik olardı. Həmin vaxt lider “Neftçi”nin 52 xalı olacaqdı ki, “Bakı”nın çempionluq şansı qalacaqdı. İndi isə liderdən 16 xal geridə olan “Bakı” rəsmən çempionluqdan əl çəkib.
İkinci “altılıq”da daha 4 belə fakt aşkarlanıb. AZAL, “Rəvan” və “Simurq” hər iki ampluada çıxış edib. Onları hər biri kiminsə “abunəçi”si olmaqla yanaşı, özləri də beləsini saxlayırlar. “Kəpəz”in “abunəçi”si varsa, “Sumqayıt” özü bu ampluadadır.
Premyer Liqada “abunə” faktları
“Neftçi” – “Bakı” – 1:0, 3:1, 2:1
“Qarabağ” – “Bakı” – 2:1, 3:0, 2:1
“Rəvan” - AZAL – 2:1, 3:1, 2:0
AZAL - “Simurq” 5:1, 3:0, 2:1
“Kəpəz” - “Rəvan” – 2:1, 3:2, 1:0
“Simurq” – “Sumqayıt” 1:0, 1:0, 2:1
Qeyd edək ki, “abunəçi” qismində çıxış edən 5 komandanın hər biri sonuncu dövrədə imicini qoruyaraq, qələbə qazanmaq imkanına malikdir. Onlar qələbə ilə “abunə”ni dayandıra bilərlər.

0
0