2 futbolçu milli komandadan uzaqlaşdırıldı
09.04.2012 - 13:00
2 futbolçu milli komandadan uzaqlaşdırıldı
Polşa milli komandasının 2 futbolçusu yığmaya namizədlər sırasından kənarlaşdırılıb. Apasport. az saytının məlumatına görə, millinin baş məşqçisi Frantişek Jmuda Martsin Vasilevski və Slavomir Peşkonu bu yay Polşa və Ukraynada keçiriləcək Avropa çempionatının final mərhələsinə aparmayacağını açıqlayıb. Buna səbəb futbolçuların içkiyə aludəçiliyidir. “Anderlext”in müdafiəçisi Vasilevski bə “Köln”ün yarımmüdafiəçisi Peçkonun son hərəkəti baş məşqçini belə addım atmağa vadar edib. Futbolçular içkili vəziyyətdə taksiyə əyləşərək sürücüylə münaqişəyə giriblər. Sürücü isə avtomobili birbaşa polis bölməsinə sürüb. Jmuda Almaniyada polşalıları biabır edən oyunçuların yığmaya qayıtma ehtimalının sıfıra bərabər olduğunu bildirib.