“El Klassiko”nun vaxtı dəyişdirildi
09.04.2012 - 17:39
“El Klassiko”nun vaxtı dəyişdirildi
Dünyanın ən məşhur klublarından olan “Barselona” və “Real” arasında İspaniya çempionatının oyununun vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, “El Klassiko” kimi tanınan qarşılaşma aprelin 22-də deyil, 1- gün əvvəl baş tutacaq. Barselonanın “Nou Kamp” stadionunda baş tutacaq görüş bazar günündən şənbəyə keçirilib. Bu matç Bakı vaxtı ilə 23:00-da başlayacaq.