Joze Alesio Da Silva oyunçulardan razı qaldı, bəxtdən gileyləndi
09.04.2012 - 20:08
“Matç çox maraqlı oldu. Meydanda bərabər səviyyəli mübarizə gedirdi”. Apasport.az saytının Tümenə ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri Azərbaycan futzal yığmasının baş məşqçisi Joze Alesio Da Silva deyib. Dünya çempionatının pley-off mərhələsində Rusiya yığması ilə səfər oyununda 2:2 hesablı bərabərliyə qalan millimiz final mərhələsində vəsiqə qazana bilmədi.
Rəqibi buna nail olmaları münasibəti ilə təbrik edən braziliyalı çalışdırıcı daha çox bəxtdən gileylənib: “Bakıda olduğu kimi, oyunumuzdan razı qaldıq. Mən yetirmələrim haqda heç bir pis fikir deyə bilmərəm, yalnız xoş sözlər söyləyə bilərəm. Oyunçularımız xarakter, əzmkarlıq göstərdilər. Matç sona kimi gərgin alındı və şansımız axıra kimi qalırdı. Ancaq bu gün bəxt bizim tərəfdə deyildi və buna görə də uduzduq. Mən yalnız nəticəyə görə üzülürəm. Bizə lazım olan nəticəni qazana bilmədik”.
Da Silva ruslara qollarımızı daha çox say üstünlüyündə vurmağımızı normal hal sayır: “Bildiyiniz kimi, hələ Bakıdakı oyunda 5-in 4-ə oynayaraq, 2 qol vurduq. Belə oyun güclü tərəfimiz olduğundan, bu gün də ondan istifadə etdik. Özü də bunu hələ ilk hissədə edərək, müsbət nəticəsini gördük. Qurduğumuz kombinasiyalar yenə qol imkanları yaratsa da, bundan yüz faiz istifadə edə bilmədik. Bəxtimiz gətirmədiyindən, fərqlənə bilmədik”.
Qeyd edək ki, millimiz Bakıdakı oyunda 2:3 hesabı ilə uduzmuşdu.
Mehman SÜLEYMANOV, Tümen

0
0