“Azərbaycan yığması dünya çempionatında oynamağa layiq idi”
09.04.2012 - 20:34
“Bu gün dünya çempionatının final mərhələsinə vəsiqə oynanılırdı. Biz bunu çətinliklə də olsa qazandıq”. Apasport.az saytının Tümenə ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri Rusiya futzal yığmasının baş məşqçisi Sergey Skoroviç deyib. Onun sözlərinə görə, dünya çempionatının pley-off mərhələsində yığmamızla 2:2 hesablı bərabərliyə qaldıqları cavab oyununun sona kimi gərgin alınmağı qanunauyğundur: “Çünki bu, pley-off oyunlarının xarakterik xüsusiyyətidir. Belə mübarizələrdə qalib 2 oyunla müəyyənləşir və onun adına yalnız sonda aydınlıq gəlir. Üstəlik, Azərbaycan yığması çox səviyyəli komanda, güclü rəqib olduğundan, bizi çətin sınaq gözləyirdi. İlk oyunda qalib gəlməyimizə baxmayaraq, cavab matçının belə gərgin mübarizədə keçəcəyini bilirdik. Onu da başa düşürdük ki, rəqib qalib gəlməli olduğundan, daha çox say üstünlüyündə oynayacaq. Biz bu zaman rəqibi həmişə saxlaya bilmədiyimizdən, ani diqqətsizlik qapımızdan topun girməyi ilə nəticələnirdi. Azərbaycan yığması vaxtaşırı oyuna diqtə edirdi, müəyyən vaxtda isə biz yaxşı təsir bağışlayırdıq. Ancaq çox qol imkanlarımızdan istifadə edə bilmədik. Bunda rəqibin qapıçısının yaxşı oyununu da qeyd etmək lazımdır. Əlbəttə, matç gərgin alındığından, oyunçularımızda əsəbilik vardı. Ancaq futzalda hər şey tez dəyişdiyindən, sakit oynamağımız lazım idi”.
İstənilən halda, oyundan razı qalan Skoroviç oyundan əsas olan nəticəni qazandıqlarını qeyd edib: “Futbolda elədir ki, illər keçəndən sonra oyun unudulur, tarixdə nəticə qalır. Biz də onu – dünya çempionatına final mərhələsinə vəsiqəni əldə etdik. Hərçənd Azərbaycan yığması da göstərdiyi oyunla dünya çempionatına final mərhələsində çıxış etməyə layiq idi. Oyunlar göstərdi ki, bizə həqiqətən çətin rəqib düşmüşdü. Hər halda, azarkeşlərimizi qazanılan bu uğur münasibətilə təbrik edirəm və onlara dəstəyə görə minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, Rusiya yığması son Avropa çempionatının gümüş medalçısı, millimiz 2 il öncə həmin turnirdə 4-cü yerin sahibi olub.
Mehman SÜLEYMANOV, Tümen

0
0