Millimizi yaralı aslana bənzətdilər - MÜSAHİBƏ
10.04.2012 - 09:55
Millimizi yaralı aslana bənzətdilər - MÜSAHİBƏ
Futzal üzrə Rusiya millisinin üzvü İldar Nuqumanov müsahibə verib. Apasport.az saytının məlumatına görə, yığmada yubiley – 30-cu matçına çıxan futzalçı DÇ-2012-nin pley-off mərhələsinin millimizlə Tümendəki cavab qarşılaşması (2:2) haqda fikirlərini açıqlayıb.

- Oyun haqda nə düşünürsünüz?
- Beynimizə uduzmamağın lazım olması həkk olunmuşdu. Təbii ki, qalib gəlib çoxsaylı azarkeşlərimizi sevindirmək istəyirdik. Lakin alınmadı. Rəqib fədakarcasına mübarizə apardı. Onların oyunu yaxşı alındı.

- Azərbaycan millisi Bakıdakından yaxşı oynayırdı?
- Əlbəttə ki. Yaralı aslan ən təhlükəlidir. Onların itiriləsi heç nəyi yox idi.

- Öz oyununuzdan razı qaldınız?
- Daha yaxşı da oynaya bilərdim.

- Azarkeşlərin dəstəyini hiss edirdiniz?
- Bu, məni çox sevindirdi. Azarkeşlərə böyük təşəkkürlər.

- Yığmada neçə oyun keçirdiyinizdən xəbəriniz var?
- Xeyr.

- Bu, sizin 30-cu oyununuz idi. “Tümen”in kapitanı Denis Abışovda 1 oyun çoxdur...
- Düşünürəm ki, onun göstəricisini arxada qoyacağam.