“Xəzər Lənkəran” kapitansız qaldı
10.04.2012 - 10:25
Premyer Liqanın XXVIII turunda “Bakı” ilə səfərdə qarşılaşacaq “Xəzər Lənkəran” hazırlıqlarını doğma şəhərdə davam etdirir. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi bu matça itki ilə çıxacaq.
Belə ki, kapitan Rahid Əmirquliyev “Qəbələ” ilə oyunun 39-cu dəqiqəsində “sarı” alaraq, vərəqə limitini aşdığı üçün “Bakı” ilə qarşılaşmada komandasına kömək edə bilməyəcək.
“Xəzər Lənkəran”ın paytaxt təmsilçisi ilə oyunun canlı yayımlanacağı da dəqiqləşib. Aprelin 14-də “Bakı” klubunun bazasında yerləşən meydançada baş tutacaq matç “AzTV” vasitəsilə canlı yayımlanacaq.
Mənbə: 12cioyuncu.info

0
0