Ada təmsilçiləri Azərbaycan yolunda
10.04.2012 - 10:57
Bu il Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının Okeaniya zonası üzrə seçmə mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, mundiala yeganə vəsiqəyə 4 komanda dairəvi sistemlə mübarizə aparır.
Artıq ilk turun qarşılaşmaları baş tutub. Kuk adalarını darmadağın edən (7:0) Yeni Zelandiya Azərbaycana gəlmək yolunda ilk addımını atıb. Digər ada təmsilçilərinin görüşündə isə cəmi 1 qol vurulub. Papua Yeni Qvineya yığması Yeni Kaledoniyanı minimal hesabla məğlub edib.

0
0