AFFA daha 2 saxtakarlığı üstünü açdı
10.04.2012 - 12:58
AFFA-nın İntizam Komitəsində Azərbaycan çempionatında qeydə alınan daha 2 saxtakarlığın üstünü açıb. Aapsport.az saytının məlumatına görə, əvvəllər də bir sıra saxta sənədli futbolçu aşkarlayan qurum müvafiq cəzaları da verib.
Aprelin 7-də U-11 Liqasının “Turan” – UGİM (Tovuz) matçında qonaqların heyətində Qurban Qasımov adlı futbolçu çıxış edib. Araşdırma nəticəsində onun sənədlərinin saxta olduğu aşkar edilib. Bu səbəbdən adıçəkilən futbolçunun iştirak etdiyi bütün görüşlərdə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
Aprelin 9-da Həvəskarlar arasında Ölkə Birinciliyinin “Tərəqqi” – “Qaraçala” matçında da saxtakarlıq aşkarlanıb. Bu görüşdə “Qaraçala” klubunun heyətində peşəkar futbolçunun iştirak etdiyi müəyyənləşib. aşkar edilib. Belə ki, araşdırmalardan sonra məlum olub ki, “Qaraçala”nın heyətində meydana çıxan Ramil Həsənov I divizionda çıxış edən “Bakılı”nın üzvüdür və həmin klubla peşəkar müqaviləsi mövcuddur. “Qaraçala” klubunun heyətində peşəkar futbolçu çıxış etdiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

0
0