Semyon Andreyev: Mərhələ keçəcəyimizə əmin idik
10.04.2012 - 14:46
Semyon Andreyev: Mərhələ keçəcəyimizə əmin idik
“Azərbaycanla hər 2 qarşılaşma həm psixoloji, həm də oyun baxımından çox çətin keçdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya Mini Futbol Assosiasiyasının fəxri prezidenti Semyon Andreyev deyib.

O, DÇ-2012-nin pley-off mərhələsinin Azərbaycanla cavab oyunundan (2:2) sonra qarşılaşma haqda fikirlərini açıqlayıb: “Azərbaycan yığması təcrübəli braziliyalılara məxsusdur. Demək olar onların hamısı Rusiya çempionatında çıxış ediblər. Buna görə də bizim oyun sxemlərimizi, futbolçularımızın yaxşı və zəif tərəflərini gözəl bilirlər. Daha çox bu səbəbdən də öz yaxşı oyunumuzu göstərə bilmədik. Lakin 2 oyunun nəticəsinə görə qalib gələ bildik. Yaxşı ki, çatışmazlıqlar özünü bu mərhələdə özünü göstərdi. Biz də bunları aradan qaldıracağıq. Biz mərhələ keçəcəyimizə əmin idik. Amma bu, çətin əldə olundu”.