“Məşqçilərin təzyiq altında işlədiklərini bilirəm” - MÜSAHİBƏ
10.04.2012 - 14:57
“Sumqayıt” klubunun yarımmüdafiəçisi Mahmud Qurbanovun apasport.az saytına müsahibəsi
- Artıq məşqçi lisenziyası almaq üçün kurslara başlamısınız. Hansı kateqoriyalı kurslarda iştirak edirsiniz?
- Bəli, dərslər başlayıb. B kateqoriyalı kurslara qatılmışam. Yığmanın üzvi olduğuma görə, C kateqoriyasından azadam.
- Bu, yayda karyeranızı bitirəcəyinizi dəqiqləşdirmək anlamına gəlirmi?
- Yəqin ki. Gələcəkdə məşqçi kimi çalışmaq istəyirəm. Yəni, futbolçu kimi olmasa da, məşqçi kimi yenə futbolda çalışmaq fikrindəyəm.
- Dərslər necə gedir?
- Hələ 2 gündür burdayıq. Hər şey qaydasındadır. Çalışırıq, öyrənirik.
- Harada işləyəcəyinizi necə, qətiləşdirmisiniz?
- Hələ kursun sonunda imtahan verəcəyik. Lisenziya alaq, karyeramızı bitirək, sonrasına baxacağıq.
- Adətən yeni məşqçilər ilk addımlarını Premyer Liqa klublarında atmağa can atırlar. Sizin fikriniz necədir?
- Uşaq futbolunda, yoxsa peşəkar futbolçularla çalışacağımı qətiləşdirməmişəm. Aprelin 22-də imtahan olacaq. İmtahandan keçək, kateqoriyanı alaq qismət nədirsə, o da olacaq.
- Bəs kurslarda iştirak etdiyinizə görə, məşqlərə qatılmamağınız klubda narazılıq yaratmır?
- Klub rəhbərliyindən icazə almışam. Problem olmayacaq. Əslində, kurslara qatılmağımı klub rəhbərliyi də dəstəkləyir. Hər gün səhər gəlir, axşam gedirik. Dərslərlə əlaqədar məşqlərdə iştirak edə bilmirəm.
- Yoxluğunuz Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Sumqayıt”ın oyunlarına təsirsiz ötüşməyəcək?
- Məncə, təsir eləməyəcək. Çünki mən əsas heyətdə daim oynamıram. Gənclər komandadadır. Onlar mübarizə aparacaqlar.
- Məşqçi olmaq çətindir, yoxsa futbolçu?
- Hələ futbol oynayan vaxtlardan deyirəm ki, məşqçi olmaq daha çətindir. Futbolçu ancaq özünə cavabdehlik daşıyır. Məşqçi isə bütün komandaya, qazanılan nəticələrə cavabdehdir. Təsəvvür edin, komanda böyük ailədir, baş məşqçi də onu idarə edən. Məşqçilərin hansı təzyiq altında, gərginlikdə işlədiklərini yaxşı bilirəm.

0
0