“Xəzər Lənkəran” final mərhələsində rekord qırdı
10.04.2012 - 15:08
“Xəzər Lənkəran” yeni rekorda imza atıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda tarixində ilk dəfə final mərhələsində ardıcıl 2 qələbə qazanıb. Premyer Liqanın ХXVII turunun “Qəbələ” ilə səfər matçında 1:0 hesablı qələbə qazanan “ağ-yaşıllar” ötən tura “İnter”lə görüşdə olduğu kimi (2:0) yenə meydandan xal itkisi olmadan ayrılıblar.
“Xəzər Lənkəran”ın Premyer Liqa tarixində daha uzun, hətta 13 oyunluq qələbə seriyası da olub. Lakin 3-cü mövsümdür ki, 2 mərhələdə keçirilən çempionatın həlledici oyunlarında komanda heç vaxt qələbənin ardından qələbə qazanmayıb.
2009/10 mövsümündə final mərhələsinin 10 oyununda 3 qələbə qazanan “Xəzər Lənkəran” 23, 26 və 28-ci turlarda, yəni fasilələrlə qalib gəlmişdi. 2010/11 mövsümündəki 10 matçda qeydə alınan 2 qələbə isə 28 və 31-ci turlarda gerçəkləşmişdi. Cari mövsümün final mərhələsində isə baş tutan 65 oyununda 2 qalibiyyəti olan komanda bunları son 2 matçda – 26 və 27-ci turlarda gerçəkləşdirib. Bu isə Lənkəran təmsilçisinin tarixində Premyer Liqanın final mərhələlərindəki rekord seriyasıdır.

0
0