Rəqib qonşumuzu tapdı
10.04.2012 - 15:22
Rəqib qonşumuzu tapdı
DÇ-2014-ün seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparacaq Lüksemburq yığmasının daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, rəqibimiz avqustun 15-də Lüksemburq şəhərindəki “Jozi Bartel” stadionunda Gürcüstanla qarşılaşacaq.

Qeyd edək ki, lüksemburqlu futbolçuların iyunun 2-də Malta, noyabrın 14-də isə Şotlandiya ilə “Jozi Bartel” stadionunda yoldaşlıq oyunu keçirəcəyi əvvəldən bilinirdi.