İslahat vaxtı
10.04.2012 - 18:00
Futzal üzrə Azərbaycan yığması islahatlar ərəfəsindədir. Avropa çempionatının final və DÇ-2012-nin pley-off mərhələsindəki uğursuzluqdan sonra komandamız uzunmüddətli fasiləyə çıxır.
Xeyli müddət ciddi sınağı olmayacaq milli Avro-2014-ün gələn il baş tutacaq seçmə oyunlarınadək xeyli dəyişməyə məhkumdur. Bunu yığma və federasiya rəhbərləri indidən açıqlayır.
Apasport.az saytı yığmada gözlənilən dəyişikləri üzə çıxarıb. Belə ki, DÇ-2012-nin seçmə mərhələsində forma geyinən oyunçuların yaşlarına əsasən, kimlərin millidən gedəcəyini müəyyənləşdirmək mümkündür.
Avropanın bəlkə də ən yaşlı yığmalarından olan millimizdə ən gənc futbolçunun 28 (!) yaşı var. Bu isə bir çox yığmaların veteranları ilə həmyaşıd olmaq deməkdir.
“Qocalar yığını”nın gəncləri Alveş və Jadder Dantasıdır. 28 yaşlı cütlükdən birincisi heç Rusiya ilə oyunlara da cəlb olunmamışdı. Hələ də əsas heyətə həsrət qalan Rüfət Balakişiyev, Seymur Məmmədov və İlkin Hacıyevin isə 29 yaşı var.
Əslində, onların tay-tuşları yığmalarda liderlik dövrünü də arxada qoyublar. Onlar isə hələ də aparıcı rollara çıxmayıblar.
Bu il 30 yaşı olan Vitali Borisov da onlar kimi qarşıdakı 2 Avropa çempionatı və dünya çempionatına kimi yığmaya kömək edə bilər. Axı yığmada 1-2 təcrübəli qalmalıdır. Qapıçı Elnur Zamanov 31 yaşı olsa da, uzun müddət onu ehtiyatda saxlayan Andrey Tveryankin yaşına kimi milliyə kömək edə bilər.
Digər futzalçılarımız üçün isə mundial arzuları başa çatmış sayılmalıdır. Hər halda, 4 il sonrakı dünya çempionatını düşünsək, yaşlılarla vidalaşmaq lazımdır. Axı 4 ildən sonra Rəcəb Fərəczadə və Namiq Məmmədkərimovun 36, Tyaqunun 35 yaşı olacaq. 37 yaşlı Zeynal Zeynalov, Serjao, Rizvan Fərzəliyev, 38 yaşlı Felipe həmin vaxt komandaya kömək edə biləcək qüvvədə olmayacaq.
Kaka isə mundial ilində 39 yaşını qeyd edəcək. Bu veteranlardan 1, maksimum 2-ni saxlamaq olar ki, Biro Jadenin 2 il əvvəl 37 yaşı olanda Avropa çempionatında etdiklərini təkrarlasın. Təbii ki, əgər bunu etmək iqtidarındadırsa.
Elə indi bu yaşda olan Biro Jade, ondan 1 yaş kiçik Marat Salyanski və Avropa çempionatlarının ən “ağsaqqal” oyunçusu Andrey Tveryankin üçün isə artıq bu gündən yığmanın qapıları bağlanmalıdır.

0
0