Vaqif Sadıqov: Bundan yaxşı nə motivasiya ola bilər? - MÜSAHİBƏ
10.04.2012 - 23:01
AZAL klubunun baş məşqçisi Vaqif Sadıqovun apasport.az saytına müsahibəsi
- Bir müddətdir əsas qapıçınız Cahangir Həsənzadə yaşıl meydanlarda görünmür. Onun oynamama]ı nə ilə bağlıdır?
- Ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində “Bakı” ilə keçirilmiş oyunda Cahangirin barmaqları sınıb. Əlindən gipsi 2 gündü açıblar. İndi reabilitasiya dövrü keçir. Formaya düşməsi üçün bir həftə vaxt lazımdır. Problem tək Cahangirlə bağlı deyil. Zədəlilərimiz çoxdur. Usim Nduka, Tales Şüts, Elşən Məmmədov, Tural Nərimanov bu üzdən oynamırlar. Aqil Nəbiyevlə Viktor İqbekoyi isə cəzalıdırlar.
- Hazırda “çərçivə”ni Amil Ağacanov qoruyur. Əsasən ehtiyat qapıçı ampluası daşıyan Ağacanovun oyunu sizi qane edirmi?
- Komandanı hələ cəmi bir oyuna çıxarmışam, üç dəfə məşqə. Qapıçı pis təsir bağışlamır.
- Ağacanov qışda komandadan ayrılmaq istəyirdi. Onu saxlamaq planlarınıza daxildirmi?
- Tək Amillə deyil, komandanın hər bir üzvi ilə yolumuzu davam etdirmək istəyirik.
- Yəqin ki, transfer çalışmalarına start vermisiniz?
- Transferlərlə bağlı indidən nə isə demək istəmirəm. Ancaq komandada yeni futbolçuların olacağı istisna deyil. Bu transferlər daha çox rəqabətə davamlı komanda formalaşdırmaq üçün ediləcək. İndi 22 futbolçumuz var. Yayda onların sayını 25-ə qədər yüksəltməyi düşünürük.
- Sizi daha çox hansı mövqe narahat edir?
- Hər bir mövqeni gücləndirməyə ehtiyac var. Düzdür, son oyunda azlıqda qalsaq da, komandada toparlana və qol vura bildi. Potensialımız var. Amma müdafiə və yarımmüdafiəni mütləq gücləndirməliyik.
- AZAL hazırda ikinci “altılıq”da lider olsa da, qazana biləcəyiniz hansısa mükafat, medal olmayacaq. Bu vəziyyətdə futbolçuları oyuna motivasiya etmək çətin deyil?
- Bu gün futbolçuların ən böyük motivasiyası özlərini mənə sübut etmələridir. Onlarla söhbətimiz olub. Gələcəyin komandasını qururuq. Bu futbolçular həmin komandada nə dərəcədə yerləri olacağını sübut etməlidirlər. Bundan yaxşı nə motivasiya ola bilər?

0
0