Kaka: Azərbaycan yığmasında oynamaq planım qalır – MÜSAHİBƏ
11.04.2012 - 09:28
Azərbaycan futzal yığmasının oyunçusu Kakanın apasport.az saytının Tümenə ezam olunmuş əməkdaşına müsahibəsi
- Milli komandamızda ilk sınağınız dünya çempionatının pley-off mərhələsinin oyunları oldu. Debütünüzdən nə dərəcədə razı qaldınız?
- Əlbəttə, nəticəyə nəzər salsaq, debüt istədiyim kimi alınmadı. Mən sonda qalib olmağımızı arzulayırdım. Baş məşqçimiz Joze Alesio Da Silva ilə söhbətimdə dedim ki, hamı necə oynadığıma, necə kömək etdiyimə görə razı qala bilər. Ancaq mən nəticəyə görə narazıyam. Çünki müsbət nəticə ilə debüt etmək istəyirdim. Təəssüf ki, bu, alınmadı.
- Qələbə üçün nə çatışmadı? Yalnız bəxtsizlik, yoxsa şansı Bakıda əldən buraxdıq?
- Mən onu deyərdim ki, biz öz imkanlarımız daxilində yüksək səviyyədə oynayırdıq. Nəyi bacardıq, onu da etdik. Yəqin ki, hücumların sonda dəqiq başa çatdırılmağı çatmadı. Ola bilər ki, ustalıq səviyyəsi öz sözünü dedi, yorulduğumuzdan sonda bizə hücumları dəqiq tamamlayıb, lazım olan qolları vurmaq çox çətin idi.
- Biz daha çox qollarımızı 5-in 4-ə oyununda vurduq. Bu zaman qapıçını sahə oyunçusu geyimində siz əvəzləyirdiniz. Artıq bu taktiki sxem bizdə alınır...
- Bu, artıq Azərbaycan yığmasının ənənəsidir. Mən bunu çox yaxşı ənənə sayıram. Çünki bizə qarşı oynayan komandaların bu taktikamızdan qorxduğumuzu demək istəmirəm, ancaq bizim bundan yaxşı istifadə edəcəyimizə görə artıq güclü həyəcan hissi keçirirlər. Biz ruslarla matçlarda 5-in 4-ə çox yaxşı oynadıq. Ancaq sonda bizə lazım olan qolu vurmağımız alınmadı.
- Siz uzun müddət oynadığınız, klub karyeranızda uğurlar qazandığınız Rusiyaya qayıtdınız. Rus azarkeşlər Kakanı necə qəbul etdi?
- Yəqin ki, məni yaxşı xatırlayırlar. Mən Rusiyada, elə “Tümen” klubuna qarşı çox oynamışam, çox qollar vurmuşam. Bəzi insanlar mənə yaxınlaşıb, əhvalımın necə olduğunu soruşurdu.
- Ancaq siz Bakıdakı oyundan fərqli Tümendə matçda qol vura bilmədiniz...
- Mən komanda yoldaşlarıma dedim ki, komandamın uğur qazanmağı üçün çalışdım. Fikrimcə, heç kim məni oyunuma görə günahlandırmaz. Yəqin, cavab oyununda mənim qolum çatışmadı ki, hesab 3:2 olsun. Ona görə də mən bundan boyun qaçırmıram. Fikrimcə, mənim qolum çatmadı.
- Qarşıda Avropa və dünya çempionatının seçmə mərhələ oyunları gəlir. Azərbaycan yığmasında gələcək perspektivinizi necə görürsünüz? Yenidən dəvət olsa, oynayacaqsınız?
- Yığmaya gəlməmişdən öncə Da Silva ilə söhbətimiz oldu və mən oyunçu karyeramı bərpa etdim. Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun dəstəyi ilə yığmaya kömək etməyə gəldim. Hiss edirdim ki, çıxışımı davam etdirməyə hazıram. Hələ oynamağa gücüm var. Əgər yığmaya bundan sonra köməyim lazımdırsa, bunu məmnuniyyətlə edərəm.
- Ümumilikdə, haqqınızda yaxşı fikirdədirlər və fayda verdiyinizi düşünürlər. Bu mənada millimizdən yenidən dəvət gözləyirsiniz?
- Mənim Azərbaycan yığmasında çıxışımı davam etdirmək planım qalır. Ancaq bu, yalnız məndən yox, baş məşqçidən, rəhbərlikdən asılıdır. Əgər onlar hesab etsələr ki, yığmaya mənim köməyim lazımdırsa, gəlməyə hazıram. Mən Azərbaycan yığmasında oynadığıma görə çox fəxr edirəm və məmnuniyyətlə çıxışımı davam etdirərəm.
- İndi bütün diqqətinizi çempionatımıza yönəldəcəksiniz və yığmada baş məşqçinizlə rəqib olacaqsınız. “Araz”ın hegemonluğuna son qoymaq mübarizəsində ilk dəfə çempion olmaq şansınızı necə dəyərləndirirsiniz?
- Bilirik ki, yaxında komanda yoldaşı idik, indi isə rəqibik. Yığmadakı işbirliyimiz arxada qaldı və bundan sonra rəqib kimi görüşəcəyik. Mən Allahdan yalnız ondan xahiş edirəm ki, layiq olan qalib gəlsin. Biz “Araz”la çempionluq mübarizəsinin çox çətin olacağını yaxşı bilirik. Bunun üçün çox çalışacağıq. Yaxşı hazırlaşmaq üçün Gürcüstana təlim-məşq toplanışına gedib, yoldaşlıq görüşləri keçirəcəyik. “Neftçi” İSM-in tarixində ilk dəfə çempion olmağa çalışacağıq.
Mehman SÜLEYMANOV

0
0