“Azərbaycan yığmasının üzvləri Superliqada oynamırsa...” MÜSAHİBƏ
11.04.2012 - 10:29
“Tümen” futzal klubunun baş məşqçisi Yevgeni Osintsev Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, mütəxəssis DÇ-2012-nin pley-off mərhələsinin Rusiya – Azərbaycan oyunu haqda fikirlərini açıqlayıb.
- Qarşılaşma haqda təəssüratlarınız necədir?
- Bizim komanda həmişə olduğu kimi, oyuna yaxşı başladı. Yaxşı imkanları oldu, qol da vurdu. Sonra isə bu üstünlüyü artırmağı bacarmadı. Baxmayaraq ki, bunun üçün 100 faizli imkanlar da vardı. Sonra 5 sahə oyunçusuna qarşı mübarizə aparmaq kimi acı bəla özünü göstərdi. Avropa çempionatında İspaniyadan 1, Bakıdakı ilk görüşdə Azərbaycandan 2 belə qol buraxmışdıq. Bu dəfə birinci hissənin sonunda lazım olmayan vaxtda rəqib 5-ci oyunçunu meydana buraxanda, qapımızda qol gördük.
- Matçın sonrakı axarı sizi qane etdi?
- Sonradan yenə yaxşı imkanlarımız olsa da, istifadə edə bilmədik. Əks-hücumda qol vurduq amma üstünlüyü yenidən rəqibə verdik. Azərbaycan yığması 5 nəfərlə topa əla nəzarət edirdi. Onlarda yaxşı qurulmuş kombinasiyalar var. Heyətlərində əsasən yüksək texnikaya malik braziliyalılardır. Azərbaycanla 4-ün 5-ə oynamaq çox çətindir. Onlar meydanı yaxşı görür və vaxtında ötürmələr edirlər. Rusiyanın boş qapıya qol vurmaq üçün bir neçə imkanı olsa da, bu şansları qaçırdı. Əvəzində öz qapısından qol buraxdı. Bundan sonra əsəblərin oyunu başladı. Hər iki tərəf qalib gələ bilərdi. Düşünürəm ki, 2:2 tam ədalətli nəticədir.
- Rusiya yığmasında əsəbilik hiss olunurdu?
- Ciddi əsəbilik görmürdüm. Meydanda 4-ün 4-ə oyun gedəndə Rusiya rəqibindən aşkar üstün idi. Bu, hərəkətlərdə, anlaşmada, qol imkanlarının yaranmasında görünürdü. Amma 5 nəfərə qarşı oynamaq... Mən yığmanın məşqlərinə baxmışam. Sergey Skoroviç 5 nəfərə qarşı oynamaq üçün komandanı hazırlayırdı. Düşünürdüm ki, baş məşqçi belə xırdalıqları da nəzərə alıbsa, problem olmayacaq. Amma alınmadı. İlk qolu necə də uğursuz buraxdıq. Hesab 2:2 olanda, Azərbaycan yığması topa nəzarəti ələ alanda əsəb gərginliyi başladı. Hətta təcrübəli oyunçularımız da əsəbiləşirdi. Amma ən əsası odur ki, dözdük. Yığmamız məntiqə uyğun olaraq, final mərhələsinə çıxdı. Çünki daha güclü idi.
- Azərbaycan yığmasının üzvlərindən kimsə Rusiya Superliqasında oynaya bilər, yoxsa onların vaxtı keçib?
- Əgər klublarımızı gücləndirə bilsəydilər, artıq heyətində olardılar da. Axı Rusiya klublarında seleksiya işi yaxşı qurulub. İnanmıram ki, onlar indiki klublarında daha çox pul alsınlar. Əgər Azərbaycan yığmasının üzvləri Superliqada oynamırsa, deməli, heç bir komandamızı gücləndirə bilməz. Bəlkə də yalnız KPRF-ə xeyir verə bilərlər. Mənə demək çətindir. Azərbaycan yığmasında təcrübəlilər var. Bəlkə də 1-2-si bunu bacarardı. Lakin unutmayın ki, Superliqada hər hissə 20 yox, 25 dəqiqə davam edir. Matçın sonunda isə onlar çox yorulmuşdular. Hətta arxaya qaça da bilmirdilər.

0
0