“Barselona”nın futbolçusuna qara ciyər köçürüldü
11.04.2012 - 10:44
“Barselona”nın futbolçusuna qara ciyər köçürüldü
İspaniyanın “Barselona” klubunun futbolçusu Erik Abidal əməliyyat olunub. Apasport.az saytının məlumatına görə, qara ciyər köçürülməsi əməliyyatı yerli “Barna” klinikasında aparılıb.

Donor funksiyasını Abidalın əmisi oğlu Jerar yerinə yetirib. Tibbi müdaxilə 9 saatadək davam edib və İspaniya çempionatının 33-cü turunun “Barselona” – “Xetafe” matçının startına az qalmış yekunlaşıb. Kataloniya komandasının baş məşqçisi Xosep Qvardiola 4:0 hesablı qələbəni fransalı müdafiəçiyə həsr etdiklərini bildirib.

Qeyd edək ki, Erik Abidal narkozdan ayıldıqdan sonra intensiv terapiya şöbəsinə köçürüləcək.