Pele indi də Messiyə “sataşdı”
11.04.2012 - 10:58
“Bu gün hamı Lionel Messidən danışır. O, ulduzdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Futbol kralı” Pele deyib.
Braziliya millisi ilə 3 dəfə dünya çempionu olan əfsanə “Santos” klubunun 100 illiyinə həsr olunan mətbuat konfransında Argentina yığmasının və İspaniya “Barselona”sının ulduzu Lionel Messi haqda danışıb.
Pele doğma klubunun gənc istedadı Neymarı argentinalıdan üstün tutduğunu bildirib: “Lakin ən yaxşı olmaq üçün Messi Neymarı keçməlidir. Hazırda Messi Neymarla müqayisədə yalnız təcrübəsi ilə üstündür”.
Pele düşməni kimi qələmə verilən Dieqo Maradona ilə münasibətlərindən də danışıb: “Jurnalistlər Maradonanı həmişə mənim rəqibim sayırlar. Lakin bu, belə deyil. Mən heç vaxt dahi hücumameylli yarımmüdafiəçinin rəqibi olmamışam”.

0
0